Narkotik çəkib  marşrut avtobusu sürürdü, həbs olundu - VİDEO
13 avqust 2024 11:06 (UTC +04:00)

Narkotik çəkib marşrut avtobusu sürürdü, həbs olundu - VİDEO

Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayondaxili marşrut xətti üzrə idarə etdiyi "Mersedes" markalı mikroavtobusla sərnișindaşıma qaydasını pozduğuna görə sürücü Murad Həsənli saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən xəbərə görə, araşdırmalarla sürücünün hüququ olmadan avtomobili idarə etdiyi və narkotikin təsiri altında olduğu müəyyən edilib.

M.Həsənli barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən o, 1 ay müddətinə inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657
avatar

Oxşar yazılar