Azərbaycanlının olduğu avtomobilə silahlı hücum  - yaralılar var
13 avqust 2024 13:16 (UTC +04:00)

Azərbaycanlının olduğu avtomobilə silahlı hücum - yaralılar var

Türkiyədə azərbaycanlının da sərnişini olduğu avtomobil silahlı hücuma məruz qalıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə gecə saatlarında Antalya şəhərində Murtapaşa qəsəbəsində baş verib. Azərbaycan əsilli Türkiyə vətəndaşı Bəxtiyar Muradov və dostu Mehmet Ak restoran müdiri olan Diren Aygünün idarə etdiyi avtomobillə yola çıxıblar.

Onlar yol boyu başqa avtomobil tərəfindən izlənildiyini görüblər. Maşını saxlayaraq, həmin maşındakılarla söhbət ediblər. Sonra yenidən avtomobillərinə minərək bu dəfə onlar digər maşını izləməyə başlayıb. Bir müddət sonra həmin avtomobildənki şəxslər Muradovun olduğu maşına silahlı hücum ediblər. Sürücü Diren Aygün və Mehmet Ak ayaqlarından xəsarət alıblar. Bəxtiyar isə güllələrdən qurtulmağı bacarıb.

Polislərin keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törədən 4 nəfərdən 2-i saxlanılıb, axtarışlar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870
avatar

Mehman Nəbiyev

Oxşar yazılar