Keçmiş baş nazirin müavini saxlanıldı
13 avqust 2024 18:41 (UTC +04:00)

Keçmiş baş nazirin müavini saxlanıldı

Dağıstan hökumətinin keçmiş baş nazirinin müavini, “Daqqaz” ASC-nin baş direktoru Maqomedqusen Nasrutdinov axtarışlardan sonra Mahaçqalada saxlanılıb.

Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, 2016-cı ildə məmur xüsusilə külli miqdarda dələduzluqda ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib. O, qaz şəbəkələri ilə əlaqədar dələduzluqda təqsirli bilinib. “Kommersant” qəzeti onun Dağıstanın doqquz rayonunda şəbəkələri qanunsuz olaraq nəzarətə götürdüyünü, sonra isə onları “Qazprom” strukturlarına satmağa çalışdığını yazıb.

Maqomedqusen Nasrutdinov 9 oktyabr 1966-cı ildə Dağıstanın Manas kəndində anadan olub. 2002-2008-ci illərdə "Daqqaz" ASC-nin Direktorlar Şurasının sədri olub. 2009-cu ildə o, “Daqqaz” ASC-nin əmlakı ilə külli miqdarda dələduzluq işinə qarışıb. Üstəlik, həmin il Dağıstan Ali Məhkəməsi ona bəraət qazandırıb.

2012-ci ildə Daxili İşlər Nazirliyi onu yenidən təxminən 200 milyon rubl dəyərində qaz şəbəkələrinin mülkiyyətini qanunsuz olaraq qeydiyyata almaqda şübhəli bilib, lakin Dağıstan Ali Məhkəməsi işin başlanmasını qanunsuz elan edib.

Qeyd edək ki, 2010-2013-cü illərdə Maqomedqusen Nasrutdinov Dağıstanın sənaye, energetika və rabitə naziri vəzifəsində çalışıb. 2013-cü il fevralın 6-da Dağıstan rəhbəri Ramazan Abdulatipovun fərmanı ilə respublika hökuməti sədrinin müavini təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615
avatar

Oxşar yazılar