Çay evini qumarxanaya  çevirən saxlanıldı
13 avqust 2024 11:03 (UTC +04:00)

Çay evini qumarxanaya çevirən saxlanıldı

Oğuz rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən çay evlərinin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, görülən tədbirlərlə həmin obyektdə qumar oyunları təşkil edən icarədar Elnur Məmmədrəfiyev saxlanılıb. Çay evinə baxış zamanı qumar oyunlarına qoyulan pul vəsaiti və digər maddi sübutlar aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603
avatar

Oxşar yazılar