Marsın səthinin altında nəhəng okean  tapıldı
13 avqust 2024 19:07 (UTC +04:00)

Marsın səthinin altında nəhəng okean tapıldı

Kaliforniya Universitetinin amerikalı geofizikləri Marsın səthinin dərinliklərində gizlənmiş nəhəng okean aşkar ediblər. Tədqiqat “Proceedings of the National Academy of Sciences” elmi jurnalında dərc olunub.

Lent.az xarici mediaya istinadla bildirir ki, nəhəng su anbarı NASA-nın “InSight Lander”in əldə etdiyi seysmik məlumatlardan istifadə edilməklə kəşf edilib.

Daha dərin yer qabığının tədqiqi göstərib ki, o, çox güman Mars okeanlarını doldurmaq üçün kifayət qədər maye su olan və bütün planeti 1,6 kilometr qalınlığında bir təbəqə ilə əhatə edən əzilmiş maqmatik qaya parçalarından ibarətdir.

Bununla belə, 11,5 ilə 20 kilometr arasında dəyişən böyük dərinliklərinə görə bu nəhəng su ehtiyatlarına daxil olmaq çətindir.

Alimlərin fikrincə, Marsın dərin suları nəzəri olaraq yaşayış üçün yararlı ola bilər.

Marsın səthi quru çay yataqları, deltalar və göl yataqları ilə örtülüb ki, bu da qonşu planetin bir vaxtlar bol su ehtiyatlarına malik olduğunu göstərir. Lakin təxminən 3,5 milyard il əvvəl qəfil iqlim dəyişikliyi Qırmızı planeti yerüstü sulardan məhrum edib.

Tez qurumağa nəyin səbəb olduğu hələ də bəlli deyil. Tədqiqatçılar qeyd ediblər ki, onların kəşfi onun kosmosa buxarlanmasını deyil, suyun planetin qabığına qaçmasını sübut edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465
avatar

Oxşar yazılar