Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu qaçaqmalçılıqda   ittiham olunur
10 sentyabr 2026 11:08 (UTC +04:00)

Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu qaçaqmalçılıqda ittiham olunur

0

Azərbaycanın Sankt-Peterburuqdakı sabiq baş konsulu qaçaqmalçılıqda ittiham olunur.

Lent.az APA-ya istinadla bildirir ki, sabiq konsul Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir.

Cinayət işi prokurorluqda araşdırılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.

Yaxın zamanlarda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk baş konsulu təyin olunub. 2016-cı ildə Baş konsul vəzifəsindən geri çağırılıb.

3 may 2016-cı ildə Sankt-Peterburq şəhərində Azərbaycanın Baş konsulu vəzifəsinə təyin edilib.

2024-cü il oktyabrın 21-də bu vəzifədən geri çağırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 108

Oxşar yazılar