Naxçıvanda bahalı əşya satanlar cərimələndilər - VİDEO
13 avqust 2024 15:34 (UTC +04:00)

Naxçıvanda bahalı əşya satanlar cərimələndilər - VİDEO

Naxçıvan şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz küçə ticarəti ilə məşğul olan, həmçinin məişət əşyalarını dəyərindən qat-qat baha qiymətə vətəndaşlara təklif edərək istehlakçıların hüquqlarını qəsdən pozan şəxslər müəyyən ediliblər. 

Muxtar Respublikanın Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, keçirilən profilaktik tədbirlərlə qeyd edilən hüquqpozmalara yol verən 13 şəxs müəyyən edilib. Onlar barəsində inzibati protokollar tərtib olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867
avatar

Oxşar yazılar