DİQQƏT!  Çimərlikdə bu xəstəlikləri tapa bilərsiniz - DERMATOLOQ AÇIQLADI
13 avqust 2024 16:31 (UTC +04:00)

DİQQƏT! Çimərlikdə bu xəstəlikləri tapa bilərsiniz - DERMATOLOQ AÇIQLADI

Son günlərdə hava temperaturunun yüksəlməsi nəticəsində insanlar dənizə üz tuturlar. Günəş şüalarının isə insan dərisinə müsbət təsirləri olduğu kimi mənfi təsirləri də var.

Maraqlıdır, görəsən, günəş şüaları hansı xəstəliklərə səbəb ola bilər?

Məsələ ilə bağlı dermatoloq Emil Seyfəddinov Lent.az-a açıqlamasında bildirib ki, günəş şüaları dəriyə düşdükdə dəri qızarmağa, sonra qaralmağa başlayır.

Onun sözlərinə görə, nəticədə dəridə tonlaşma baş verir:

“Ultrabənövşəyi şüalara çox uzun müddət məruz qaldıqda dəridə ləkələr görünür. Bunlar keçib getməyən piqmentdir, xala bənzəyir, xoşxassəli şişlərdir. Ancaq insan qoruyucu vasitələrdən istifadə etmədən daim günəşin altında qalmağa davam edərsə, xoşxassəli neoplazmalar bədxassəlilərə çevrilə bilər. Məhz bu səbəbdən xüsusilə günəşin çox isti vaxtında, birbaşa günəş şüalarının düşdüyü vaxt çimərlikdə gəzmək məsləhətli deyil. Daha çox günortadan sonra çimərliyə getmək məqsədəuyğundur. Həmçinin, günvurma hadisələrindən qorunmaq üçün də müəyyən tələblərə əməl etmək vacibdir. Birbaşa günəş şüasının altında uzunmüddət oturmamaq, yatmamaq lazımdır. Bəzi insanlar uzanıb yuxuya gedirlər ki, bu da günvurma hallarına gətirib çıxarır”.

Bəs, uzun müddət günəş altında qalmaq bədənə necə təsir edir?

Həkim Adil Qeybulla saytımıza açıqlamasında bildirib ki, isti havalarda insanların saat 12-dən 5-ə kimi günəşdə qalması düzgün deyil:

"Bu, günvurmalara səbəb olur. Uzun müddət yüksək temperaturda qalmaq bədəndə istilik mexanizmlərini pozur. Ona görə də daha çox çimərliklərdə günvurma hadisələri baş verir. Belə olduqda həmin şəxsi daha sərin bir yerə aparılmalı və onun başını, bədənini yaş dəsmalla bağlamaq lazımdır. Bundan əlavə, günəş şüaları dəridə olan xallara, törəmələrə neqativ təsir göstərir. Hətta bəzən xərçəngə də səbəb ola bilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2379
avatar

Arzu Qurbanlı

Oxşar yazılar