Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanlara HÖKM OXUNDU  - VİDEO
13 avqust 2024 11:54 (UTC +04:00)

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanlara HÖKM OXUNDU - VİDEO

Sabiq deputat Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az xəbər verir, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Azər Səricanov ömürlük, Rəşad Əhmədov 19 il, Səbuhi Şirinov 20 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov 4 il müddətində azadlıqdan məhrum olunub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1065
avatar

Fidan İlqar

Oxşar yazılar

Bakıda qadın kafedən oğurluq etdi

Bakıda qadın kafedən oğurluq etdi

13 avqust 2024 , 14:21
Bakıda məşhur restoran  yandı

Bakıda məşhur restoran yandı

13 avqust 2024 , 13:42
Azərbaycanda 333 nəfər  yol qəzalarında ölüb

Azərbaycanda 333 nəfər yol qəzalarında ölüb

13 avqust 2024 , 12:24
Həmcinsinə qarşı 28 minlik dələduzluq  edən qadın tutuldu

Həmcinsinə qarşı 28 minlik dələduzluq edən qadın tutuldu

13 avqust 2024 , 12:11
Xaçmazda DƏHŞƏT:  qadın hamamda  özünü asdı

Xaçmazda DƏHŞƏT: qadın hamamda özünü asdı

13 avqust 2024 , 11:32
Çay evini qumarxanaya  çevirən saxlanıldı

Çay evini qumarxanaya çevirən saxlanıldı

13 avqust 2024 , 11:03
Marketi qarət edən 3 azərbaycanlı saxlanıldı - -VİDEO

Marketi qarət edən 3 azərbaycanlı saxlanıldı - -VİDEO

13 avqust 2024 , 10:27
Bakıda və Gəncədə 15 yaşlı qızlar  itkin düşdü

Bakıda və Gəncədə 15 yaşlı qızlar itkin düşdü

13 avqust 2024 , 09:22