Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə oktyabrın 16-sı şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Avtomobil yolu qarşı tərəfə keçmək istəyən 65 yaşlı Ə.Huseynovu vurub. Xəstəxanaya yerləşdirilən yaralı 7 gün sonra orada ölüb.
Faktla bağlı cinayət işi açılıb.