Yeni planşetlər BELƏ OLACAQ
13 avqust 2024 15:00 (UTC +04:00)

Yeni planşetlər BELƏ OLACAQ

Xiaomi Pad 7 planşet seriyasının təqdimatı artıq çox yaxındır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Xiaomi Pad 7 planşetləri çox güman ki, bu ayın sonuna kimi təqdim olunacaqlar. Qeyd etmək lazımdır ki, planşetlər ilk növbədə Çində təqdim olunacaqlar.

Müəyyən müddətdən sonra isə onları qlobal bazarda da görmək mümkün olacaq. Xiaomi Pad 7 planşet seriyasına minimum 2 model daxil olacaq. Xiaomi Pad 7 və Pad 7 Pro. Son məlumat sızıntılarına əsasən adi Xiaomi Pad 7 modeli Snapdragon 8 Gen 2 prosessoru, Xiaomi Pad 7 Pro modeli isə Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı Pro model 144 Hz-lik təsvir yenilənməsinə sahib 2367x1480 piksel keyfiyyətli ekranı əldə etməli və özündə 50 MP-lik əsas arxa kamera ilə 120 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618
avatar

Arzu Qurbanlı

Oxşar yazılar