Həmcinsinə qarşı 28 minlik dələduzluq  edən qadın tutuldu
13 avqust 2024 12:11 (UTC +04:00)

Həmcinsinə qarşı 28 minlik dələduzluq edən qadın tutuldu

Bakıda qadına qarşı külli miqdarda dələduzluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayonunda bir qadının naməlum şəxs tərəfindən aldadılaraq 10000 manat, 10000 dollar və 500 avro pulunun alınması barədə polisə məlumat daxil olub.

Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən H.Ələkbərova saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618
avatar

Oxşar yazılar