“Hyundai” şirkəti yeni nəsil “Tucson” modelini təqdim edib.
Lent.az xəbər verir ki, yeni avtomobil əvvəlki nəsillə müqayisədə 50 mm daha uzun və 40 mm daha geniş təkər bazına malikdir.
Yeni “Tucson”da dizel mühərriklərdən imtina edilərək əsas diqqət hibrid və plagin-hibrid mühərriklərə yönəldilib. Modelin texnologiya imkanları da genişləndirilib.
Avtomobildə süni intellekt əsaslı köməkçi, uzaqdan proqram təminatı yeniləmələri və avtomatik geri parklanma funksiyası təqdim olunur.
Şirkət yeni modelin daha geniş salon və müasir texnologiyalarla təchiz edildiyini bildirir.