Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə  yaxınlaşdı
03 oktyabr 2026 08:01 (UTC +04:00)

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

0

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb.

Lent.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəyə yaxınlaşıb.

Hesabata əsasən, pandemiya 2019–2021-ci illərdə qlobal orta ömür uzunluğunun təxminən 1,8 il azalmasına səbəb olub. Lakin sonrakı dövrdə göstərici yenidən yüksəlib.

ÜST bildirir ki, 2023-cü ildə dünyada qeydə alınan ölümlərin təxminən 74 faizi qeyri-infeksion xəstəliklərlə bağlı olub. Ürək-damar xəstəlikləri, xərçəng, şəkərli diabet və xroniki tənəffüs xəstəlikləri əsas ölüm səbəbləri sırasında yer alıb.

Təşkilat bununla yanaşı, ölkələr arasında orta ömür uzunluğu və səhiyyə imkanları baxımından ciddi fərqlərin hələ də qaldığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar