Tam DigiCard sahiblərinə ABB-dən 10% keşbek!
13 avqust 2024 14:54 (UTC +04:00)

Tam DigiCard sahiblərinə ABB-dən 10% keşbek!

ABB Tam DigiCard Mastercard sahiblərinə özəl kampaniyaya start verib. Kampaniya 12 avqust – 15 sentyabr 2024-cü il tarixlərində (hər iki tarix daxil olmaqla) davam edəcək. Kampaniya müddətində Tam DigiCard Mastercard əldə edən müştərilər nağdsız ödənişlər zamanı 10% keşbek qazanacaqlar.
 Kampaniya şərtləri:
•    Kampaniya müddətində Tam DigiCard Mastercard debet kartları ilə edilən nağdsız ödənişlərə görə müştərilər əlavə 10% keşbek qazanacaqlar.
•    Təklif Tam DigiCard Mastercard debet kartlarını kampaniya müddətində yeni əldə edən müştərilərə şamil olunur.
•    Kampaniya müddətində qazanılan keşbeklər dərhal müştərilərin keşbek balansına köçürüləcək.
•    Kommunal ödənişlər, mobil operator ödənişləri, vergi/gömrük, dövlət və sığorta ödənişləri, maliyyə institutlarına ödənişlər, kredit ödənişləri, KartTransfer, Unique cash, Quasi cash ödənişləri, nağdlaşdırma əməliyyatları və ləğv edilmiş ödənişlər nəzərə alınmayacaq.
•    Bir müştərinin hər kart üzrə qazana biləcəyi maksimal keşbek məbləği 10 AZN-dir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555
avatar

Oxşar yazılar