Rusiyalı aktyor Sergey Bezrukov yeni komediya filmində olduqca qeyri-adi obrazda görünəcək.
Lent.az xəbər verir ki, bu barədə “7 Дней” məlumat yayıb.
“Пятерка” adlı filmdə Bezrukovun canlandırdığı milyarder mistik hadisə nəticəsində 5 min rublluq əsginasın içərisində “həbs olunur”.
Filmin yayımlanan ilk kadrları sosial şəbəkələrdə maraq doğurub. Süjetin əsas xətti qəhrəmanın pul əsginasından çıxmağa çalışması üzərində qurulub.