Braziliyalı supermodel Gisele Bündchen həyatının bu mərhələsində yenidən ana olmağın onun üçün xüsusi məna daşıdığını bildirib.
Lent.az xəbər verir ki, bu barədə Habertürk məlumat yayıb.
Model yeni körpəni həyatının bu dövründə “hədiyyə” kimi qiymətləndirib.
Bündchen hazırda karyerasından daha çox ailəsinə vaxt ayırdığını və ona gələn iş təkliflərinin böyük hissəsini qəbul etmədiyini söyləyib.