Emrahın keçmiş xanımı boşanma səbəbini açıqladı
19 oktyabr 2026 18:28 (UTC +04:00)

Emrahın keçmiş xanımı boşanma səbəbini açıqladı

0

Türkiyəli müğənni Emrahın keçmiş həyat yoldaşı Sibel Kirer boşanma qərarını özünün verdiyini açıqlayıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sibel Kirer “Esra Ceyhan'la A'dan Z'ye” verilişində qonaq olarkən keçmiş evliliyi barədə danışıb. 2014-cü ildə Emrahla ailə quran və 2022-ci ildə boşanan Kirer ayrılıq qərarını özünün verdiyini bildirib.

“Bir-birimizi sevərək ayrıldıq və ayrılmaq istəyən mən olmuşam. Münasibətlərdə və evliliklərdə zaman keçdikcə yorğunluq yarana bilər. Biz də bir qədər yorulmuşduq”, - o qeyd edib.

İki övladı olan Kirer uşaqlar dünyaya gəldikdən sonra bütün diqqətlərinin onlara yönəldiyini və bu müddətdə həyat yoldaşı ilə bir-birlərindən uzaqlaşmış ola biləcəklərini söyləyib. O, boşandıqdan sonra da övladları naminə keçmiş həyat yoldaşı ilə münasibətlərini qoruduqlarını bildirib.

Kirer Emrahla birlikdə yemək yediklərini, tətilə getdiklərini və uşaqları üçün ailəvi xatirələr yaratmağa davam etdiklərini vurğulayıb.

“Yenə onunla evlənərdim”

Veriliş zamanı Sibel Kirerə keçmiş həyat yoldaşı ilə yenidən evlənmək istəyib-istəməyəcəyi barədə də sual verilib. O, Emrahın yaxşı ata olduğunu bildirərək övladlarının atasını düzgün seçdiyini düşündüyünü söyləyib. Kirer keçmişə qayıtmaq imkanı olsaydı, yenə də Emrahla ailə quracağını qeyd edib.

Xatırladaq ki, Emrah və Sibel Kirer 2014-cü ildə evləniblər. Cütlük səkkiz illik evlilikdən sonra, 2022-ci ildə boşanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar