Bakıda məşhur restoran  yandı
13 avqust 2024 13:42 (UTC +04:00)

Bakıda məşhur restoran yandı

Bakının Xətai rayonu ərazidində restoranda yanğın olub.

FHN-dən Lent.az-a verilən məlumata görə, hadisə Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində yerləşən "Bibi" restoranında qeydə alınıb.

Nazirliyin 112 "qaynar xətti"nə Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində yerləşən restoranın tüstü bacasında yanğın olması barədə məlumat daxil olub. Bununla bağlı dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810
avatar

Arzu Qurbanlı

Oxşar yazılar