Bakıda kafedən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayonu Moskva prospektində yerləşən kafelərin birindən 300 manat dəyərində telefonun oğurlanması barədə polisə məlumat daxil olub.
Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.