Hüseyn Həsənov vergi borclarını azaltdı  - Nə qədər qalıb?
13 avqust 2024 14:34 (UTC +04:00)

Hüseyn Həsənov vergi borclarını azaltdı - Nə qədər qalıb?

Bloqqer Hüseyn Həsənovun Federal Vergi Xidmətinə (FTS) borcu 13,6 milyon rubl azalıb.

 Lent.az  “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, avqustun 13-də  qeydiyyat sənədlərindəki məlumata görə, borcun ümumi məbləği 98 milyon rubldan bir qədər azdır (97 milyon 938 min 299 rubl).
Bundan əvvəl, yəni, avqustun 9-da Həsənov Federal Vergi Xidmətinə olan borcunu 9 milyon rubl azaldıb. O zaman borcun məbləği 111,550 min rubl təşkil edirdi.

Qeyd edək ki, iyun ayında, Moskva Federal Vergi Xidməti bloger Həsənovu 144,8 milyon rubl məbləğində borcuna görə məhkəməyə verib. Şöbəyə M.Həsənovun may ayında ödənilməmiş borclarının olduğu məlum olub. Bloqqer vergi bəyannaməsini təqdim edə bilmədiyi üçün onun restoranının və qida çatdırılması şirkətinin hesabları bloklanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 690
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar