Vətən müharibəsi qazisini qətlə yetirib qardaşını yaraladılar - Saxlanılan var
22 oktyabr 2026 21:19 (UTC +04:00)

Vətən müharibəsi qazisini qətlə yetirib qardaşını yaraladılar - Saxlanılan var

0

Vətən müharibəsi iştirakçısı, 33 yaşlı qazi Rahib Əminov qətlə yetirilib.

Lent.az Unikal-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonun Qobustan qəsəbəsi ərazisində baş verib.

Qeyd edək ki, mərhum könüllü olaraq Vətən müharibəsində iştirak edib və yaralanıb. “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, oktyabrın 21-də gecə saatlarında Qobustan qəsəbəsində şəxsi münasibətlər zəminində 1998-ci il təvəllüdlü Vüqar Şirinzadə həmyaşıdı Rahib Əminovu kəsici alətlə qətlə yetirib, onun qardaşı Elminə xəsarət yetirib.

Polis tərəfindən keçirilən tədbirlərlə V. Şirinzadə saxlanılaraq istintaqa təhvil verilib.


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar