Komanda ardıcıl beş oyunda qalib gələnə qədər saçını kəsməyəcəyinə söz verən "Mançester Yunayted" azarkeşi hələ də gözləyir.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 746 gündür saçını uzadan azarkeş "Komo"ya 4-1 hesablı məğlubiyyətdən sonra paylaşım edərək "Utanıram" deyib.
"Mançester Yunayted"in Çempionlar Liqasında "Komo"ya səfərdə 4-1 hesablı məğlubiyyəti ardıcıl beş qələbəyə ümid edən azarkeş üçün yeni bir məyusluq olub. Bu şərt yerinə yetirilənə qədər saçını kəsməmək qərarına gələn azarkeş ağır məğlubiyyətdən sonra reaksiyasını bölüşüb.
Komandanın beş oyunluq qələbə seriyasına nail ola bilməməsi səbəbindən saçlarını uzadan "Mançester Yunayted" azarkeşi artıq 746 gün gözləyib. "Komo" ilə oyundan sonra onun saç kəsimi şərti bir daha yerinə yetirilməyib.

"Komo" ilə oyundan sonra paylaşım edən azarkeş "Utanıram" yazıb. Onun duşda uzun saçları üzünü örtən "Mançester Yunayted" forması geyindiyini göstərən şəkildə 4-1 hesablı oyunun nəticəsi də yer alıb.
“Cüzeppe Siniqalya” stadionunda keçirilən oyunda “Komo”nun qollarını 2-ci və 57-ci dəqiqələrdə Niko Pas, 49-cu dəqiqədə Anastasios Duvikas və 76-cı dəqiqədə Xakobo Ramon vurub. "Mançester Yunayted"in yeganə qolunu 90+1-ci dəqiqədə Coşua Zirkzee vurub. Bu nəticə ilə “Komo”nun xalları altıya çatıb, İngiltərə komandası isə üç xalla qalıb.