Gələn il rayonlara pul ayrılmayacaq
23 oktyabr 2026 09:54 (UTC +04:00)

Gələn il rayonlara pul ayrılmayacaq

0

2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun yerli xərclərinin qarşılanması üçün dotasiya ayrılması nəzərdə tutulmur.

Lent.az "APA-Economics"-ə istinadla xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, həmin şəhər və rayonların hamısının yerli xərclərini öz gəlirləri hesabına ödəyəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar