“Microsoft” tədqiqatçılarının hazırladığı süni intellekt sistemi mürəkkəb tibbi halların diaqnostikasında ümumi praktik həkimlərdən iki dəfədən çox yüksək nəticə göstərib.
Lent.az xəbər verir ki, “Science” jurnalında dərc olunan araşdırmada 300-dən çox çətin tibbi hadisə qiymətləndirilib.
Sistem xəstəyə veriləcək sualları, fiziki müayinələri və analizləri mərhələli şəkildə müəyyənləşdirir.
İndi texnologiyanın təcili yardım şöbələrində xəstələrin ilkin qiymətləndirilməsində istifadəsi araşdırılır.