“Naxçıvan Aqroservis”in sədri  həbs edildi
22 oktyabr 2026 19:44 (UTC +04:00)

“Naxçıvan Aqroservis”in sədri həbs edildi

0

“Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cavid Ağaməliyev həbs edilib.

Lent.az-ın xəbərinə görə, Naxçıvan şəhər Məhkəməsinin qərarı ilə Cavid Ağaməliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, o, dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir. Cavid Ağaməliyev şübhəli şəxs qismində prokurorluq tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar