Quba Olimpiya Kompleksinin direktoru və mühasibi  HƏBS OLUNDU - TƏFƏRRÜAT
23 oktyabr 2026 11:04 (UTC +04:00)

Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT

0

Quba Olimpiya Kompleksinin vəzifəli şəxsləri həbs edilib.

Lent.az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Quba Olimpiya İdman Kompleksində əməliyyat keçiriblər.

Nəticədə kompleksin direktoru Orucov Rəşid Aftandiloviç və mühasib Şirinov Vidadi İlqar oğlu saxlanılıblar. Məlumata əsasən, onların yarım milyon manata yaxın mənimsəmədə təqsirli bilinirlər.

Hər iki şəxs barəsində oktyabrın 19-da Binəqədi rayon Məhkəməsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Belə ki, R. Orucov və V. Şirinov dekabrın 19-dək həbsdə qalacaqlar.

Əldə etdiyimiz xəbərə görə, onların barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə, xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Məlumatı Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a təsdiqləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar