Müğənni Nazənin Salayevanın 1,1 milyon izləyici olan instaqram hesabı oğurlanıb.
Lent.az xəbər verir ki, səhifəni qaytarmaq üçün müğənnidən 7000 dollar pul tələb olunub. Kibercinayətkarlar rus dilində belə bir şərh yazıblar:
"Bu hesabın oğurlanması üçün 7000 dollar (təxminən 12 min manat) təklif etdilər və biz razılaşdıq! Amma mən öz pulumu almadım. Əgər pul 1 saat ərzində gəlməsə, bunu sifariş edəni paylaşacağam".