10 il əvvəl  iş yerində ölmüşdü, meyiti indi tapıldı
13 avqust 2024 19:20 (UTC +04:00)

10 il əvvəl iş yerində ölmüşdü, meyiti indi tapıldı

ABŞ-ın Lowa ştatının Konsil Blaffs şəhərində 3 il əvvəl bağlanılan supermarketin soyuducularının arasından insan meyiti tapılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, meyit işçilər tərəfindən yanvar ayında aşkar edilsə də, onun kimə məxsus olduğu məlum olmayıb. Ancaq DNT analizi nəticəsində meyitin Larry Ely Murillo-Moncada adlı şəxsə məxsus olduğu üzə çıxıb.

Məlum olub ki, Moncada 10 il əvvəl 25 yaşında ikən həmin supermarketdə çalışıb. O, soyuducuların üstü ilə hərəkət edərkən qəfil onların arasına yıxılıb. Bundan heç kimin xəbəri olmayıb və axtarışlar nəticəsiz qalıb.

Hadisənin baş verdiyi 2009-cu ildə işi araşdıran polis müstəntiqi həmin gün fırtınalı hava olduğunu deyib və Moncadanın da sənədlərini götürərək itkin düşdüyünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567
avatar

Oxşar yazılar