Azərbaycanda daha bir komissarlıq işçisi həbs olunub.
Lent.az-ın xəbərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Sədərək rayon bölməsinin zabiti 36 yaşlı Murad Şirinov (şərti adla) dələduzluqda ittiham olunur. Məlumata görə, o, hərbi çağırışçılara pensiya təminatı vədi verərək dələduzluq etməkdə təqsirləndirilir.
Bu yolla o, zərərçəkənlərin ümumilikdə 13min manatdan çox pulunu ələ keçirib. Zərərçəkənlərin şikayəti əsasında M. Şirinov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılıb.
M. Şirinov ifadəsində əməlindən peşman olduğunu deyərək, insanalra vurduğu ziyanı ödəyəcəyini deyib. Zərərçəkənlər isə ondan şikayətçi olduqlarını və onlara dəyən ziyanın ödənilmədiyini bildiriblər.
Məhkəmənin qərarı ilə M. Şirinov 2 il müddətinə azadlıqdan məhrum edilib.