DSX və DİN-dən XÜSUSİ ƏMƏLİYYAT:  2 nəfər həbs olundu - VİDEO
13 avqust 2024 14:00 (UTC +04:00)

DSX və DİN-dən XÜSUSİ ƏMƏLİYYAT: 2 nəfər həbs olundu - VİDEO

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitələrin dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Hər iki qurumun mətbuat xidmətlərindən Lent.az-a verilən birgə məlumata görə, İmişli rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə Samit Məmmədov və tanışı Hidayət Rəşidov saxlanılıblar.

Sonuncunun idarə etdiyi nəqliyyat vasitəsindən 134 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, tiryək və 1000 ədəd metadon həbi aşkarlanıb. Şübhəli şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə İmişli rayonu ərazisində gizlədilən yerdən əldə etdiklərini bildiriblər. 

Araşdırmalarla Samit Məmmədov və Hidayet Rəşidovun qaçaqmalçılıq yolu ilə narkotik vasitələri sərhədyanı bölgələrdən paytaxta tədarükünü təşkil etməsi məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 942
avatar

Fidan İlqar

Oxşar yazılar