Rusiya Qəhrəmanı olan general öldürüldü
16 sentyabr 2026 11:05 (UTC +04:00)

Rusiya Qəhrəmanı olan general öldürüldü

0

Rusiya Qəhrəmanı, 4-cü Əlahiddə Qvardiya Motoatıcı Briqadasının komandiri, general-mayor Anton Qrunis həlak olub. O, Baxmut uğrunda döyüşün gedişini dəyişən komandir kimi təqdim edilirdi.

Lent.az xəbər verir ki, bu barədə hərbi müxbir Yuri Kotenok Suvorov Hərbi Məktəbinin məzunları icmasına istinadən “Telegram” kanalında məlumat yayıb.

Jurnalistin sözlərinə görə, Qrunis Ukrayna Silahlı Qüvvələrinin zərbəsi nəticəsində həlak olub. Kotenok qeyd edib ki, Qrunis 4-cü briqadanın əvvəlki komandiri Vyaçeslav Makarovun ölümündən sonra bu vəzifəyə təyin edilib.

Qrunis bir qədər əvvəl – avqustun 28-də Rusiya Qəhrəmanı adına layiq görülüb.

Məlumata görə, Anton Qrunis bu ilin iyul ayında Rusiya Prezidenti Vladimir Putinə Donetsk vilayətinin Konstantinovka yaşayış məntəqəsinin tam nəzarətə götürüldüyü məruzə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar