Messi milli komandada vida oyununa  çıxacaq
16 sentyabr 2026 12:12 (UTC +04:00)

Messi milli komandada vida oyununa çıxacaq

0

Argentina milli komandası qarşıdan gələn yoldaşlıq oyunları üçün heyətini açıqlayıb. Baş məşqçi Lionel Skaloni 26 oyunçunu heyətinə çağırıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, Argentina Futbol Assosiasiyasının mətbuat xidmətinin məlumatına görə, 39 yaşlı "İnter Mayami"nin hücumçusu və kapitanı Lionel Messi gözlənilmədən heyətə daxil edilib.

Argentina milli komandası payız təlim-məşq toplanışı zamanı üç yoldaşlıq oyunu keçirəcək. Onlar sentyabrın 30-da Boliviya, oktyabrın 3-də Burkina-Faso və oktyabrın 6-da Beninlə qarşılaşacaqlar.

Beninə qarşı oyunun Messinin Argentina millisi ilə vida mərasimi olacağı gözlənilir.

Изображение

Avqustun 31-də Lionel Messi Argentina milli komandasından ayrıldığını elan edib. 

39 yaşlı futbolçu milli komandada 207 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar