Birinci kurs  tələbələrini hədələyənlər   polisə çağırıldı - YENİLƏNİB
16 sentyabr 2026 15:26 (UTC +04:00)

Birinci kurs tələbələrini hədələyənlər polisə çağırıldı - YENİLƏNİB

0

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birinci kurs tələbələrini təhdid edənlərlə bağlı tədbir görülüb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli Lent.az-a bildirib ki, polis əməkdaşları tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb:

"Sosial şəbəkədə yayılan görüntülərdə adı keçən şəxslər Yasamal rayon Polis İdarəsinə dəvət olunub. Onlarla profilaktik söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib. Həmçinin gələcəkdə bu kimi hallara yol verməmələri barədə xəbərdarlıq olunub".

***
13:35

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri Sosial şəbəkələrdə təhqir olunublar.

Lent.az xəbər verir ki, tiktokda "leylakenan" adlı səhifədə canlı yayım zamanı sözügedən universitetin birinci kurs tələbələri barəsində alçaldıcı ifadələr səsləndirilib.

Canlı yayımda danışan şəxslər hətta həmin tələbələrə xəsarət yetirəcəklərini də deyiblər. Onlar əvvəlki illərdə də ADMİU-nun birinci kurs tələbələrinə xəsarət yetirdiklərini açıqlayıblar.

Məsələ ilə bağlı DİN mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli hadisədən məlumatlı olduqlarını və araşdırma aparıldığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 858

Oxşar yazılar