125 milyon illik “timsahın” rəngi  üzə çıxdı
16 sentyabr 2026 05:49 (UTC +04:00)

125 milyon illik “timsahın” rəngi üzə çıxdı

0

 

Alimlər 125 milyon il əvvəl yaşamış qədim timsah qohumunun fosilində indiyədək görünməyən dəri izləri aşkarlayıblar.

Lent.az xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb.

İspaniyanın şimal-şərqində tapılmış Montsecosuchus depereti fosili ultrabənövşəyi işıq altında araşdırılıb.

Heyvanın quyruğunda növbələşən zolaqlar üzə çıxıb. Alimlər bunun kamuflyaj məqsədli qədim rənglənmənin izi ola biləcəyini düşünürlər. Əgər təsdiqlənərsə, bu, timsahların qədim qohumlarında məlum olan ən qədim rəng izlərindən biri olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 148

Oxşar yazılar