Kim Kardaşyana 1 avro  təzminat ödəniləcək
16 sentyabr 2026 06:35 (UTC +04:00)

Kim Kardaşyana 1 avro təzminat ödəniləcək

0

 

Fransa məhkəməsi amerikalı televiziya ulduzu Kim Kardaşyanın tələbini təmin edərək 2016-cı ildə Parisdə məruz qaldığı silahlı qarətlə bağlı ona 1 avro məbləğində təzminat verilməsi barədə qərar qəbul edib.

Bu barədə “Associated Press” (AP) məhkəmə prosesində iştirak edən vəkilə istinadən məlumat yayıb.

Məhkəmə qarət zamanı zərər çəkmiş otelin keçmiş administratoruna tələb etdiyi 550 min avro əvəzinə 109 min avro təzminat ödənilməsinə qərar verib. Onun vəkili məhkəmənin qərarını qələbə adlandırıb.

Hadisənin baş verdiyi otelə 50 min avro təzminat verilməsi qərara alınıb.

Kardaşyanın stilisti Simon Bretterin də 1 avro məbləğində təzminat tələbi təmin edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar