Bakıda avtomobil piyadanı vurub.
Lent.az-ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.
Cəlilov Asəf Asif oğlu idarə etdiyi "Hyundai Santafe" markalı avtomobillə yolu keçmək istəyən piyada 37 yaşlı Sadıqov Miryaqub İspəndiyar oğlunu vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.