Məşhur reper Sefo  ev dustağı olan sevgilisindən niyə ayrıldı? – ETİRAF
16 sentyabr 2026 13:00 (UTC +04:00)

Məşhur reper Sefo ev dustağı olan sevgilisindən niyə ayrıldı? – ETİRAF

0

Türkiyəli məşhur reper Sefo ev həbsi şəklində məhkəmə nəzarətinə buraxılan keçmiş sevgilisi, aktrisa və model Çağla Bozla bağlı ilk dəfə danışıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Sefo Çağla Bozla ayrılığının onun barəsində aparılan istintaqla əlaqəli olmadığını bildirib.

Reper keçmiş sevgilisinin hazırda çətin dövrdən keçirdiyini deyərək məsələnin detalları barədə danışmaq istəmədiyini vurğulayıb.

“Mən onunla görüşdüyüm müddətdə pis bir insanla münasibətdə olduğumu düşünmürdüm. Bu prosesdə isə münasibətimiz artıq bitdiyi üçün görüşmədim. Ayrılmağımızın bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Bu, ikimizin arasında olan məsələdir. Bir-birimizi tanıdıqdan sonra verdiyimiz qərardır”, – deyə Sefo bildirib.

Qeyd edək ki, Çağla Boz İstanbulda aparılan narkotik istintaqı çərçivəsində saxlanılıb. İstintaq tədbirlərindən sonra o, ev həbsi şəklində məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Eyni iş çərçivəsində Emek Emre və Ünal Demir isə həbs ediliblər.

Çağla Bozla Sefo bir müddət sevgili olublar. Hətta avqust ayında onların evlənəcəyi ilə bağlı iddialar yayılmışdı. Çağla Boz həmin vaxt bunun zarafat olduğunu və hələ evlilik barədə düşünmədiklərini açıqlamışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar