Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə dələduzluğa cəhddə təqsirləndirilən Nahid Şəmşirovun cinayət işi üzrə hökm oxunub.
Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən Nahid Şəmşirovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib.
Onun cəzası 2 il sınaq müddəti seçilməklə şərti hesab olunub.
Qeyd edək ki, dövlət ittihamçısı Nahid Şəmşirovun 5 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, Nahid Şəmşirov Cinayət Məcəlləsinin 29, 178.2.1; 29, 178.2.2; 29,178.2.4; 178.3.2, 310-cu maddələri ilə təqsirli bilinir.
Nahid Şəmşirov keçmiş deputat, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri, hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini postunu tutan Cavid Qurbanovun əmisi oğludur.