Göygöldə maşın aşdı, 3 nəfər  yaralandı
16 sentyabr 2026 08:36 (UTC +04:00)

Göygöldə maşın aşdı, 3 nəfər yaralandı

0

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili idarəetmədən çıxaraq yoldan kənara aşıb.

Qəza nəticəsində 3 nəfər – 2005-ci il təvəllüdlü A.Rzaxanova, 1994-cü il təvəllüdlü G.Quluzadə və 1991-ci il təvəllüdlü T.Babazadə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar