Ramiz Mehdiyev  AMEA-dana çıxarılır - İsa Həbibbəyli
19 oktyabr 2026 16:22 (UTC +04:00)

Ramiz Mehdiyev AMEA-dana çıxarılır - İsa Həbibbəyli

0

Məhkəmənin qərarı məlum olandan sonra Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq.

Bunu APA-ya açıqlamasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən başqa statusu yoxdur: “Məhkəmənin qərarından sonra AMEA-nın Rəyasət Heyətinin Ümumi yığıncağında məsələyə baxılacaq və qərar qəbul olunacaq”.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin son iclasında Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric olunması barədə yekdilliklə qərar qəbul olunub, onun bütün dövlət təltiflərindən məhrum edilməsi ilə bağlı aidiyyəti üzrə vəsatətin qaldırılması məqsədəuyğun hesab edilib.

Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub. Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar