Kəbəni ziyarət edən “Qalatasaray” azarkeşi əzəli rəqibi “Fənərbağça”ya qarğış edib.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, Kəbədə əllərini açaraq dua edən “Qalatasaray” azarkeşi əzəli rəqibinin uzun illər çempionluq yaşamamasını arzulayıb.
Azarkeş duasında, “Fənərbağça” daha 20 il çempion ola bilməsin, Ya Rəbbim, onlara çempionluq üzü göstərmə”, – ifadələrini işlədib.
“Qalatasaray” azarkeşinin şəxsi arzuları arasına futbolla bağlı istəyini də əlavə etməsi diqqət çəkib. Onun “Fənərbağça”nın daha 20 il çempion olmamasını diləməsi iki klub arasındakı əzəli rəqabətin azarkeşlər arasında nə qədər fərqli məqamlara qədər gedib çıxa bildiyini göstərən maraqlı hadisələrdən biri olub.