Şirvanda yüksək səslə mahnıya  qulaq asan HƏBS EDİLDİ
16 sentyabr 2026 17:24 (UTC +04:00)

Şirvanda yüksək səslə mahnıya qulaq asan HƏBS EDİLDİ

0

Şirvanda ictimai qaydanı pozan gənc sürücü saxlanılıb.

Lent.az xəbər verir ki, 21 yaşlı Şükran Mirzəyev (şərti adla) şəhərin Məmməd Əmin Rəsulzadə küçəsində idarə etdiyi “Mercedes-Benz C200” markalı avtomobillə hərəkətdə olarkən yüksək səslə musiqiyə qulaq asıb. Buna görə o, yol polisi əməkdaşları tərəfindən saxlanılıb və avtomobildə səsgücləndirici qoşulduğu müəyyən olunub.

Məlumata görə, Şükrana səsgücləndirici qoşduğu və avtomobildə konstruksiya dəyişikliyi etdiyi üçün dəfələrlə xəbərdarlıq edilib. Lakin o, bu xəbərdarlıqlara məhəl qoymayıb.

Nəticədə Şükran Mirzəyev barəsində inzibati protokol tərtib olunub.

Ş.Mirzəyev özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu deyib.

Məhkəmənin qərarı ilə onun barəsində 10 gün müddətinə inzibati həbs qərarı seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar