Acun Ilıcalı ilə Ayça Çağla Altunkaya evlənməyə hazırlaşır.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, onlar arasındakı münasibət 2021-ci ildən davam edir.
Acun Ilıcalı Şeyma Subaşı ilə evliliyini bitirdikdən sonra Ayça Çağla Altunkaya ilə yeni sevgiyə başlayıb və yeni münasibətini kameralardan uzaq yaşamağa üstünlük verib.
O, münasibətini "Çox xoşbəxt bir münasibətim var. Çağla ilə kiçik və məsum dünyamda çox xoşbəxtəm" kimi təsvir edib.
Ilıcalının sevgilisinə milyonluq üzük aldığı və tezliklə toy edəcəyi bildirilib.
Ilıcalının toy üçün Muğlada bir otel bağladığı və qonaqlarını ən yaxşı şəkildə qəbul etmək üçün oteldəki bütün otaqları icarəyə götürdüyü deyilir.
Bu Ilıcalının dördüncü rəsmi evliliyi olacaq.