Könül Qasımovanın həbs müddəti uzadıldı
09 oktyabr 2026 16:56 (UTC +04:00)

Könül Qasımovanın həbs müddəti uzadıldı

0

“Sevgi evi” Qadın və uşaq sığınacağının sahibi Könül Qasımova barəsində qərar verilib.

Lent.az xəbər verir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə təqdimata Xətai Rayon Məhkəməsində baxılıb.

Qərara əsasən, həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Könül Qasımova iyul ayında həbs olunub. Ona Cinayət Məcəlləsinin 133.2.1-ci (iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə), 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə), 133.2.4-cü ( təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 133.2.6-cı (işgəncə verməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. 

O, 3 il öncə Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə ittiham edilərək, Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Himayəsində azyaşlı övladı olması səbəbindən qanunvericiliyə uyğun olaraq, uşaq 14 yaşına çatana qədər cəzanın çəkilməsi təxirə salınıb.

 

Emin Şirvanzadə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar