İş yoldaşının bank kartından oğurluq edən saxlanıldı
10 avqust 2024 16:45 (UTC +04:00)

İş yoldaşının bank kartından oğurluq edən saxlanıldı

Qəbələ rayon Polis Şöbəsinə müraciət edən rayon sakini bank kartında olan 2866 manat pulunun naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat verib. 

Lent.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 26 yaşlı Fəqan Həşimov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, o, zərərçəkmişin kartında olan maddi vəsaiti bir neçə dəfəyə ələ keçirib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588
avatar

Mehman Nəbiyev

Oxşar yazılar