İş yerindən 6000 manat oğurlayan  satıcı saxlanıldı
11 iyul 2026 14:51 (UTC +04:00)

İş yerindən 6000 manat oğurlayan satıcı saxlanıldı

0

Paytaxtın Səbail rayonunda oğurluq hadisəsi baş verib.

Lent.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək ona məxsus marketdən 6000 manat nağd pulun naməlum şəraitdə talandığını bildirib. 

Polis əməkdaşlarının keçirdiyi tədbirlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı F.Muradov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun bir ay ərzində çalışdığı marketdən hissə-hissə pul vəsaitini oğurladığı məlum olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar