İrandan Ermənistana gedən yük maşını Qubadlıda saxlanıldı: içərisindən...  - FOTO
16 mart 2022 12:47 (UTC +04:00)

İrandan Ermənistana gedən yük maşını Qubadlıda saxlanıldı: içərisindən... - FOTO

İrandan Ermənistana gedən yük maşınında narkotik aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, “Qubadlı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ermənistana yük aparan İran vətəndaşının idarə etdiyi “Mercedes Benz Axor” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb. Sürücüdən avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan edilməli olan hər hansı predmetlərin, o cümlədən narkotik və psixotrop maddələrin olub-olmaması soruşulub. O, isə öz növbəsində idarə etdiyi avtomobildə mütləq bəyan edilməli və gömrük nəzarətindən gizlədilmiş heç bir predmetin olmadığını bildirib.

Bundan sonra avtomobil əsaslı yoxlanılıb və yük nəqliyyat vasitəsinin kabinində gizlədilən 4,017  qram narkotik vasitə - həşiş qətranı, 8 ədəd üzərində “ddp/M20” nişanəsi olan metadon həbləri, üzərində “Alprazolam 1mg” yazısı olan konvalyut kəsiyində 2 ədəd həb və 30,132  qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Avtomobildən tapılan narkotiklər

# 10878
avatar

Mehman Nəbiyev

Oxşar yazılar