Şəhərətrafı qatar reyslərinin sayı  artırılır - CƏDVƏL
16 sentyabr 2026 18:33 (UTC +04:00)

Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL

0

Sərnişin tələbatının qarşılanması məqsədilə şəhərətrafı qatar reyslərinin sayı növbəti dəfə artırılır.

Lent.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Yenilənmiş hərəkət cədvəlinə əsasən, sentyabrın 17-dən həftəiçi gündəlik reyslərin sayı 96-dan 100-ə çatdırılacaq:

Sumqayıt–Pirşağı–Bakı xətti üzrə qrafikə saat 05:55 və 11:50-də yeni reyslər əlavə ediləcək;

Bakı–Pirşağı–Sumqayıt istiqamətində isə saat 06:46 və 10:45-də əlavə reyslər təşkil olunacaq.

Yenilənmiş hərəkət cədvəli ilə buradan tanış ola bilərsiniz: https://ticket.ady.az/az/yeni-hereket-cedveli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar