Gürcüstan 85 nəfəri deportasiya etdi: azərbaycanlılar da  var - VİDEO
26 avqust 2026 12:43 (UTC +04:00)

Gürcüstan 85 nəfəri deportasiya etdi: azərbaycanlılar da var - VİDEO

0

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya şəraitində son günlər ərzində 85 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Gürcüstan DİN rəsmi sosial şəbəkə səhifəsində məlumat yayıb.

Qeyd olunub ki, Miqrasiya Departamentinin keçirdiyi kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Türkmənistan, Azərbaycan, Rusiya, Misir, Belarus, Özbəkistan, Efiopiya, İordaniya, Kuba, Vyetnam, Banqladeş, Nigeriya, Pakistan, Tailand, Filippin və digər ölkələrin ümumilikdə 85 vətəndaşı Gürcüstandan çıxarılıb.

Mövcud qanunvericiliyə əsasən, deportasiya olunan şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Məlumata görə, cari il ərzində Miqrasiya Departamentinin əməkdaşları tərəfindən artıq 2726 qanunsuz miqrant Gürcüstandan deportasiya edilib. Bu göstərici ötən ilin ümumi nəticəsindən iki dəfə çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar